Riki Martin iyirmi milyon təzminat istəyir

Riki Martin. Mənbə: for amfAR.

Müğənni onu insestdə ittiham edən qohumunu məhkəməyə verib

Müğənni Riki Martinin 21 yaşlı bacısı oğlu Dennis Yadiel Sançesi məhkəməyə verdiyi bildirilir.

2022-ci ilin iyulunda sənətçi onu insestdə (ailə üzvləri yaxud qan qohumları arasındakı seksual münasibət) ittiham edən qohumuna məhkəmədə qalib gəlmişdi.

Dennis Yadiel Sançes dayısı Riki Martinin ona yeddi ay ərzində fiziki və psixoloji təcavüz göstərdiyini iddia etmişdi.

Məhkəmədə uduzan Sançes sənətçini reputasiyasına və təmiz adına xələl gətirməklə təhdid etməyə başladığı bildirilir. Həmçinin qeyd edilir ki, qohumu Martinin mobil nömrəsini “İnstagram” səhifəsində yayımlayıb.

Qohumunu məhkəməyə verən müğənni təzminat olaraq iyirmi milyon tələb edib.

Musiqiçinin sözlərinə görə, qohumunun saxta ittihamları ucbatından çoxlu sayda milyonlarla dollarlıq sövdələşmədən məhrum olub.

Bu insident ucbatından nüfuzuna xələl gəlib.

Martin həmçinin hakimdən tələb edib ki, Sançes ona və ailəsinə yaxınlaşmasın.

Riki Martin 2017-ci ildən eynicinsli nikahdadır və surroqat analardan dörd övladı var.

Ana səhifəMədəniyyətRiki Martin iyirmi milyon təzminat istəyir