“Qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə qarşı tərəfin bir batareyası darmadağın edilib”
Aprelin 4-də erməni silahlı bölmələri Xocavənd – Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun mövqelərinə sarsıdıcı zərbələr vurublar. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu öldürülüb. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə Ermənistanın bir batareyası darmadağın edilib.
“Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır”, – deyə məlumatda bildirilib.