Rəsmi: Azərbaycanda daha 4 nəfər koronavirusa yoluxan şəxs sağalıb

Onlardan 10-u sağalıb, 1 nəfər ölüb.

Foto: Reuters


Dünyada virusdan sağalanların sayı 82 min nəfəri ötüb

Azərbaycanda koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunduqdan sonra, sağalaraq evə buraxılıblar.

Bu barədə məlumatı

Nazirlər Kabineti

yanında Operativ Qərargah yayıb.

Qeyd olunub ki, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Azərbaycanda indiyədək ümumilikdə 34 koronavirusa yoluxma halı bildirilib. Onlardan 10-u sağalıb, 1 nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada indiyədək 198 min 543 nəfər koronavirusa yoluxub. Onlardan 82 min 779 nəfəri sağalıb, 7 min 988 nəfəri ölüb.

Ana səhifəSosialRəsmi: Azərbaycanda daha 4 nəfər koronavirusa yoluxan şəxs sağalıb