“Quzuların səssizliyi” filminin çəkildiyi ev otel olacaq

Film dəfələrlə kino tarixinin ən yaxşı trillerlərindən biri kimi tanınıb.

Source: https://ago.ca/events/


Otel sahibi qiymətlərin ucuz olacağını bildirib

“Quzuların səssizliyi” (“The Silence Of the Lambs”) triller filminin çəkilişləri aparılan ev otel olacaq.

Binanı alan şəxs Kris Rouen məkanı filmdəkinin eynisi olan əşyalarla bəzəməyi planlaşdırır. Hazırda evdə təmir işləri gedir.

Bir neçə aydan sonra çox da baha qiymətə olmayacaq otelin açılışı planlaşdırılır.

Film Tomas Harrisin “Quzuların səssizliyi” (1988-1991) əsəri əsasında ekranlaşdırılıb.

Rejissor Conatan Demmi çəkilişləri Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pitsburqda aparıb.

Əsas rollarda amerikalı aktyorlar – Entoni Hopkins və Cudi Foster çəkilib.

Kino beş kateqoriya üzrə “Oskar” mükafatına layiq görülüb.

Film dəfələrlə kino tarixinin ən yaxşı trillerlərindən biri kimi tanınıb.

2011-ci ildə isə “böyük mədəni, tarixi və ya estetik əhəmiyyətə malik” film kimi ABŞ Milli Film Reyestrinə daxil edilib.

Ana səhifəMədəniyyət“Quzuların səssizliyi” filminin çəkildiyi ev otel olacaq