Qusarda atışma: polis əməkdaşı həlak oldu

Qusarda polis əməkdaşları ilə mülki geyimli şəxslər arasında atışma olub və nəticədə 1 polis əməkdaşı həlak olub, 3-ü isə yaralanıb.

Source:


Hal-hazırda Qusarda axtarış gedir.

Meydan TV AzadliqRadiosunun bölgə müxbirinə istinadən xəbər verir ki, hazırda Qusara gedən yollarda hərəkət məhdudlaşdırılıb. Milli Təhlükəsizlik Nazirliyinin əməliyyatçıları və polis əməkdaşları rayonda axtarış aparırlar. Ətraf rayonlardan da Qusara polis qüvvələri cəlb edilib.


Atışmada 1 polis həlak olub, 3-ü yaralanıb

Qusarda polis əməkdaşları ilə mülki geyimli şəxslər arasında atışma olub və nəticədə 1 polis əməkdaşı həlak olub, 3-ü isə yaralanıb.

Ölən polis işçisi Qalib Quliyevdir. Digər polis işçiləri Məhəmməd İbrahimov, Mövlud Əliyev və Cəmil Nəsirov isə yaralanıb. Yaralı polislər Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ana səhifəXəbərlərQusarda atışma: polis əməkdaşı həlak oldu