Qorxunu dəf edən ziyarətgah – Çıldaq

Bakı kəndlərinin hər birinin özünəməxsusluğu və özəlliyi var.

Source:
Ürəyində hər hansı bir istəyi olan varsa, divardakı iplərə baxlayaraq niyyət edir
Ürəyində hər hansı bir istəyi olan varsa, divardakı iplərə baxlayaraq niyyət edir

Bakı kəndlərinin hər birinin özünəməxsusluğu və özəlliyi var. Nardaranın qonşuluğunda yerləşən Maştağa dinə o qədər də aludə kənd deyil. Bu kənddə ən məşhur yerlərdən biri “Çıldaq”dır. Buranı adatən diksinənlər, qorxanlar, müxtəlif xəstəlikləri olanlar gəlib ziyarət edir. İnanclara görə, qorxudan psixoloji travma alan insanlar çıldaq olunduqdan sonra sağalırlar. Buranı müəyyən nahiyələrində ağrıları olanlar da ziyarət edir. Hər birinin də müalicə üsulu fərqlidir.

Maştağa meyxanaçıların da məskənidir. Hətta ölkənin ən tanınmış meyxanaçılarından olan Ağasəlim də özünə Çildaq ləqəbini götürüb.

“Çıldaq” kimi tanınan ziyarətgahda kişi və qadınlar üçün ayrıca otaqlar var.

İnsan bədənindən qorxunu çıxartmaq üçün kətan parçanı yandıraraq bədədnin müəyyən nöqtələrinə vururlar. Çildaqçıların dediklərinə görə, insan bədəninin müəyyən nayihələrində nöqtələr var ki, qan qatılaşıb qalır. “Od damğa”sı vurduqda isə həmin nöqtədə qan stabilləşməyə başlayır və insan özünü əvvəlkindən daha da gümrah hiss edir.

Bu ocağı ziyarət edənlərin sayı-hesabı yoxdur. Hətta gecələr də gəlib çildaq edənlər olur.

Ocağın birinci mərtəbəsində xüsusi bir otaq var ki, yayda sərin, qışda isə isti olur. Müəyyən xəstəlikləri olan adamların burada yataraq şəfa tapdığı deyilir.

Çildaq edənlərin sözlərinə görə, şəfa tapmağın əsas şərtlərindən biri də inamın olmasıdır.

Maştağanın ara küçələri ilə
Maştağanın ara küçələri ilə
Buraya əsasən sürücülər, müəyyən nahiyələrində ağrıları olanlar gəlir
Buraya əsasən sürücülər, müəyyən nahiyələrində ağrıları olanlar gəlir
İnsandan qorxunu çıxartmaq üçün kətan parçanı yandıraraq bədənin müəyyən nöqtələrinə vururlar
İnsandan qorxunu çıxartmaq üçün kətan parçanı yandıraraq bədənin müəyyən nöqtələrinə vururlar
Yandırılmış kətan,  baş, boyun, alın, bel, sinə, topuqlara vurulur
Yandırılmış kətan, baş, boyun, alın, bel, sinə, topuqlara vurulur
Evin birinci mərtəbəsinə gedən yol
Evin birinci mərtəbəsinə gedən yol
Çıldağın alt mərtəbəsində xüsusi bir otaq var ki, xəstəliyi olanlar bu otağa girib, gecəni burada keçirərək şəfa tapırlar
Çıldağın alt mərtəbəsində xüsusi bir otaq var ki, xəstəliyi olanlar bu otağa girib, gecəni burada keçirərək şəfa tapırlar
Ürəyində hər hansı bir istəyi olan varsa, divardakı iplərə baxlayaraq niyyət edir
Ürəyində hər hansı bir istəyi olan varsa, divardakı iplərə baxlayaraq niyyət edir
Tək qorxu üçün deyil, müxtəlif xəstəlikləri olanlar da bu ocağı ziyarət edirlər
Tək qorxu üçün deyil, müxtəlif xəstəlikləri olanlar da bu ocağı ziyarət edirlər
Ana səhifəFotoreportajQorxunu dəf edən ziyarətgah – Çıldaq