QMİ-nin mövqeyi etiraz doğurdu

Konfliktoloq Arif Yunus Qafqaz Müsəlmanları İdarəsinin siyasi oyunlarla məşğul olduğunu iddia edir

Source:


Konfliktoloq Arif Yunus Qafqaz Müsəlmanları İdarəsinin siyasi oyunlarla məşğul olduğunu iddia edir

Qafqaz Müsəlmanları İdarəsi (QMI) nurçuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanlarının Azəbaycanda qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquq-mühafizə orqanları qarşısında cavabdehlik daşıması barədə iddia qaldırıb. Bu barədə modern.az

saytına QMİ-nin mətbuat xidmətindən bildirilib.

“Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətindəki iradəsini nəzərə alaraq, belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımalarını tələb edir”-deyə idarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bəyan edib.

QMİ-nin mövqeyini Meydan TV-yə şərh edən konfliktoloq Arif Yunus açıqlamadan təəssüflənib: “Əfsuslar olsun ki, Azərbaycandakı dini proseslərə nə dövlət qurumlarından, nə də QMİ tərəfindən hərtərəfli obyektiv yanaşma yoxdur. Konkret olaraq, QMİ-nin əsas məqsədi İslam cərəyanlarını təhdid etmək yox, onlara dəstək etməkdir. Mətndə vəhhabilik sözünün yazılması düzgün deyil, QMİ-də başa düşməlidirlər ki, onlar sələfilərdir. Əgər bu quruda terminləri səhv salırsa, daha onun DİN-dən, yaxud Respublika Porokurorluğundan fərqi nədədir? Necə ki, onlar da Nardaran əhalisini vəhhabi adlandırmışdı, halbuki, nardaranlılar şiədirlər. İkinci, nurçular qanunu pozubsa, bu məsələni dövlət qurumları, MTN, DİN, Respublika Prokurorluğu araşdırmalıdır. Amma qadağa qoymaq düzgün addım deyil. Kimsə düşünürsə ki, bununla problem həll olunacaq, səhv nəticə çıxarırlar. Hətta sovet illərində də DTK-nın təzyiqi belə islama əsaslı təsir edə bilmədi. Məscidləri sökürdülər, allahsızlar cəmiyyətləri yaradırdılar, nə oldu, heç nə”.

Arif Yunus QMİ-nin yanaşmasından məyus olduğunu dedi. Yaxşı olardı, QMİ cərəyanlara dəstək olsun: “Amma bunun əvəzinə idarə siyasi oyunlarla məşğul olur. Hesab edirəm ki, idarənin bəyanatı gedən siyasi oyunların bir hissəsidir”.

Ana səhifəXəbərlərQMİ-nin mövqeyi etiraz doğurdu