“QHT işi” üzrə həbsdə olan Bəşir Süleymanlı məhkəmə prosesinin uzadılmasına etiraz edir

Bəşir Süleymanlı. Foto: Gülzar Məmmədli

“QHT işi” üzrə həbsdə olan hüquq müdafiəçisi, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ona yaxınları ilə açıq görüşlərin verilməməsindən və məhkəmələrin uzadılmasından narazıdır.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Bəşir Süleymanlı məhkəmə proseslərinin qəsdən uzadıldığını düşünür:

Məhkəmə prosesini uzatmaqla məni faktiki qapalı həbsdə saxlamağa davam edirlər. Bir il yarımdır ki, qapalı şəraitdə qalmışam. Hesab edirəm ki, bunu qərəzli şəkildə edirlər. Odur ki, məhkəmə proseslərinin uzadılmasına etiraz edirəm və proseslərin tez keçirilməsini istəyirəm”.

İş üzrə sonuncu məhkəmə iclası 30 iyul 2026-cı ildə keçirilib. Növbəti iclas isə oktyabrın birinə təyin olunub.

Bəşir Süleymanlı 2025-ci ilin martında qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bağlı başlanmış və ictimaiyyətdə “QHT işi” adlandırılan cinayət işi çərçivəsində həbs olunub.

Bəşir Süleymanlı 2025-ci ilin martında qeyri-hökumət təşkilatlarına (QHT) qarşı başlanmış cinayət işi çərçivəsində həbs edilib.

O, Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193-1.2.3-cü və 193-1.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Ana səhifəXəbərlər“QHT işi” üzrə həbsdə olan Bəşir Süleymanlı məhkəmə prosesinin uzadılmasına etiraz edir