Sentyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə təqsirləndirilənlərdən “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesə Eldar İsmayılov sədrlik edib.
Məhkəmədə dövlət ittihamçışı çıxış edib və Həsənovun 5 il sınaq müddəti seçilməkə şərti olaraq 9 il müddətinə azadıqdan məhrum edilməsini tələb edib.
Hafiz Həsənov məhkədən son söz üçün vaxt istəyib.
Növbəti məhkəmə prosesi sentyabrın 16-na keçirilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov 2025-ci ilin martında qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bağlı başlanmış və ictimaiyyətdə “QHT işi” adlandırılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub. O, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
2025-ci il martın 17-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilib.