Qəzzada atəşkəslə bağlı danışıqlar davam edir

Qəzza. Foto: Reuters

ABŞ İsrailə girovların azad edilməsi üçün təzyiq göstərir

Qəzzada atəşkəs olması ilə bağlı danışıqlar gedir. HƏMAS danışıqların dalana dirəndiyini, Misir mənbələri irəliləyişə nail olunduğunu açıqlayıb. Bu açıqlamalardan qısa zaman sonra İsrail, Qətər və ABŞ-dan olan nümayəndə heyətinin də qatıldığı Qahirədə Qəzza zolağında atəşkəs üzrə danışıqların yeni raundunda irəliləyiş olmadığını bildirib.

Qərb Qəzzada mülki vətəndaşların sayının çox olduğunu və onların humanitar böhranla üz-üzə qaldıqlarını bildirib. Eyni zamanda, bunun qəbuledilməz olduğu vurğulanıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin iştirakı ilə Qəzza zolağına səfər edilib. ABŞ İsrailə burada saxlanılan girovların azad edilməsi və zərərçəkmiş mülki insanlara yardımın verilməsi üçün təzyiq edir.

Qəzzanı viran qoyan və 2,3 milyon əhalisinin əksəriyyətini evsiz və çoxlu sayda insanı aclıq təhlükəsi ilə üz-üzə qoyan İsrail- HƏMAS döyüşünün başlanmasından altı ay ötüb. Hazırkı mərhələdə girovların hamısının geri qaytarılması, ərazidəki insanlara humanitar yardım və atəşkəs müzakirəsi gedir. HƏMAS danışıqlarda irəliləyiş olmadığını söyləsə də, İsrail son danışıqlarla bağlı ehtiyatlı nikbinlik nümayiş etdirdi. Həftə sonu Qüdsdə İsrailin xarici işlər naziri İsrael Katz Qahirə danışıqlarını HƏMAS-ın onlarla girovu azad etdiyi noyabr atəşkəsindən sonra tərəflərin razılığa gəldiyi ən yaxın danışıqlar adlandırıb.

Ana səhifəDünyaQəzzada atəşkəslə bağlı danışıqlar davam edir