İyunun 29-dan 30-na keçən gecə Bakının mərkəzində yerləşən Əjdərbəy Məscidində (Göy Məscid kimi tanınır) Qədr gecəsi keçirilib.
Qədr gecəsi Ramazan ayındadır. İslam inancına görə, Qurani-Kərim məhz Ramazan gecələrinin birində lövhi-məfhuzdan tam şəkildə nazil edilib. Buna Qurani-Kərimdə iki ayə dəlildir.
Quranın nazil olunduğu gecə “Qədr gecəsi” adlanır. Qədir gecəsinin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir.
Bu yazı 8 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 29 İyun 2016 22:59
Son dəyişiklik: 29 Oktyabr 2021 15:55
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-qedr-gecesinden-fotoreportaj-2.html
Ana səhifə ▸ Fotoreportaj ▸