Qədr gecəsində

Bu il iyunun 13-dən 14-nə keçən gecə Qədr gecəsi hesab olunub.

Source:

Bu il iyunun 13-dən 14-nə keçən gecə Qədr gecəsi hesab olunub. Ramazan ayının digər qədr gecələri iyunun 15-dan 16-na, 17-dən 18-nə keçən gecələrə təsadüf edir.

İslam aləmində Qədr gecəsi – “Quran”ın nazil olduğu gecədir. Hesab edilir ki, Qurani-Kərim İslam peyğəmbərinin qəlbinə iki cür nazil olub: 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə. İnanca görə, Məhəmməd peyğəmbər hələ insanlara “Quran”ı çatdırıb qurtarmamışdan öncə, Qədr gecəsində Allah kitabını bütövlükdə mənimsəyib.

“Qədr gecəsi” ifadəsi azərbaycanca həm də “müqəddərat gecəsi” mənasını daşıyır. “Quran”ın “Qədr” surəsində bu gecə barəsində danışarkən, iki məsələyə diqqət yetirilir. Birincisi, Quranın bu gecədə nazil olmasına, ikincisi isə, insanların gələn ilə kimi qədər-qismətlərinin yazılmasına.

Azərbaycanda Qədr gecələri xüsusi qaydalarla keçirilir. İnsanlar ya məscidlərə, ya da evlərə yığışaraq dini ayinlər söyləyir, namaz qılır, dua edirlər.

Meydan TV həmin mərasimlərdən birini işıqlandırmağa çalışıb.

Ana səhifəFotoreportajQədr gecəsində