“Qaranlığın hekayəsi” – həbsxana həyatından bəhs edən kitab işıq üzü görüb

Siyasi fəal İlkin Rüstəmzadənin “Qaranlığın hekayəsi” adlı kitabı çap olunub.

Source: Meydan.TV


Siyasi fəal İlkin Rüstəmzadənin "Qaranlığın hekayəsi" adlı kitabı çap olunub.

Kitabda müəllifin 2013-2019-cu illər arasında həbsxanada olduğu dövrdə yaşadığı, gördüyü hadisələrdən bəhs olunur. Penitensiar Xidmətin müəssisələrindəki işgəncələrin, müəssisələrə xüsusi təyinatlılar yeridilərkən yaşanan faciələrin, həbsxanalarda gedən kriminal güc rəqabətinin və dövlətin bu rəqabətdə iştirakının, eləcə də bir çox mövzunun geniş şəkildə qələmə alındığı 400 səhifəlik əsər "Qanun" Nəşriyyatı tərəfindən çap olunub.

Kitabda müəllifin həbsxanada yaşadıqları və siyasi hadisələrə baxışları ilə yanaşı, Azərbaycan həbsxanalarının indiyədək mətbuatda, ədəbiyyatda çox məhdud təsvir olunan məhrəm yanları da qələmə alınıb.

Ana səhifəMədəniyyət“Qaranlığın hekayəsi” – həbsxana həyatından bəhs edən kitab işıq üzü görüb