Qarabağın bərpası ilə bağlı xərclərin artırılması təklif olunur

İşğaldan azad olunmuş ərazilər. Foto: AAYDA

Neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dollar götürülə bilər

Azərbaycanın Maliyyə Nazirliyi 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı təklif verib.

Yeni təklifdə 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 33 milyard 779 milyon manat olacağı proqnozlaşdırılır.

Bu da hazırki təsdiq olunmuş göstəriciylə müqayisədə 3 milyard 5 milyon manat (9.8 faiz) çoxdur.

Hazırki hesablamalarda dövlət büdcəsinin gəlirlərinin 52.5 faizi neft sektorunun, 47.5 faizi qeyri-neft sektorunun payına düşür.

Yeni büdcəsinin xərcləri isə 36 milyard 568 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə baxanda 3 milyard 215 milyon manat (9.6 faiz) artıqdır.

Maliyyə Nazirliyi
Maliyyə Nazirliyi. Foto: Meydan TV

Artan xərclərin böyük bir hissəsi (2 milyard 260 milyon manat) işğaldan azad olunmuş Qarabağ, Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlıdır.

Artımın qalan hissəsi isə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi dəstək hissəsinə aiddir.

İlin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dollar götürüləcək.

Hazırki sənəddə bu, 50 dollardır.

Nazirlik bildirir ki, bu ilin dörd ayı ərzində Azərbaycan neftinin bir barelinin orta ixrac qiyməti 85.8 ABŞ dollar olub.

Ana səhifəİqtisadiyyatQarabağın bərpası ilə bağlı xərclərin artırılması təklif olunur