“Qarabağ” klubu

Mənbə: meydan tv

Başlıq: “Qarabağ” klubu

“Qarabağ”ın Avropa Liqasında rəqibləri müəyyənləşdi

Azərbaycan çempionlarını İspaniya, Kip, Lüksemburq səfərləri gözləyir

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan Azərbaycan çempionu“Qarabağ” klubunun rəqibləri müəyyən edilib.

Püşkatma “Qarabağ”a İspaniyanın “Sevilya”, Kiprin “Apoel”, Lüksemburqun “Düdelanj” klublarını rəqib edib.

Rəqiblərindən biri olan “Apoel” klubu ilə “Qarabağ” bu il artıq görüşüb. Çempionlar Liqasının kvalifikasiya mərhələsində ağdamlılar səfərdə 2:1 hesabı ilə qalib gəlsələr də, sonradan doğma meydanda 0:2 hesabı ilə məğlub olub, mübarizəni Avropa Liqasında davam etdirmək məcburiyyətində qalıb. “Apoel” də öz növbəsində Çempionlar Liqasının “pley-off” mərhələsində Hollandiyanın “Ayaks” klubundan zəif olaraq Avropa Liqasının qrup mərhələsinə düşüb.

Digər bir rəqib olan “Düdelanj” isə Avropa Liqasının “pley-off” mərhələsində Ermənistanın “Ararat” klubundan üstün olub. Səfər 1:2 hesabı ilə məğlub olan Lüksemburq klubu, öz meydanında eyni hesabla qalib gəlib və oyunsonrası penaltilərlə Ermənistan klubundan üstün olub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/63hrrm

Ən çox baxılan