“Qarabağ” Şahruddin Məhəmmədəliyevlə yollarını ayırıb

Şahruddin Məhəmmədəliyev. Foto: “Qarabağ”ın sosial media hesabı

Milli komandanın üzvü karyerasını Türkiyədə davam etdirəcək

“Qarabağ” klubu futbolçusu Şahruddin Məhəmmədəliyevlə vidalaşıb.

Ağdam klubu bununla bağlı videoçarx hazırlayıb.

Sosial şəbəkədə paylaşılan videoda 29 yaşlı qapıçının görüntüləri, “Qarabağ”ın heyətindəki qurtarışlar təqdim olunub. Klubun paylaşımında “Təşəkkürlər, Şah!” yazılıb.

Azərbaycan milli komandasının da formasını geyinən Məhəmmədəliyev karyerasını Türkiyənin “Adana Dəmirspor” klubunda davam etdirəcək.

“Qarabağ” bir müddət əvvəl UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Ana səhifəİdman“Qarabağ” Şahruddin Məhəmmədəliyevlə yollarını ayırıb