Oktyabrın 20-də Avropa Liqasının qrup mərhələsində birinci dövrəyə yekun vurulub.
Qitənin ikinci dərəcəli klub turnirində “Qarabağ” evdə PAOK-la qarşılaşıb. Bu matçadək qrupda keçirdiyi 2 oyundan 1 xal qazanan Ağdam klubu növbəti mərhələdə davam etmək üçün ev oyunundan mütləq 3 xalla ayrılmalıydı. “Qarabağ” oyunu qazanıb. Oyunda ilk qolu matçın 56-cı dəqiqəsində Kintana vurub. Matçda son nöqtəni isə Rahid Əmirquliyev qoyub – 2:0.
Bu qələbəylə xallarının sayını 4-ə çatdıran “Qarabağ” turnir cədvəlində ikinci pilləyə yüksəlib.
Avropa Liqası, qrup mərhələsi, 3-cü tur
20 oktyabr
J qrupu
Qarabağ (Azərbaycan) – PAOK (Yunanıstan) 2:0
Qol: Kintana, 56. Rahid Əmirquliyev, 87.
Baş hakim: Alon Yefet
Baş hakimin köməkçiləri: Danni Krasikov, Nissan Davidi
Əlavə köməkçi hakimlər: Rua Reinşreyber, Ziv Adler
Dördüncü hakim: Kiril Balikin (hamısı İsrail)
Bakı. T. Bəhramov adına Respublika stadionu
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 11. Mahir Mədətov, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 71. Vüqar Nadirov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
PAOK: 71. Panagiotis Qlikos (k), 3. Leo Matos, 4. Marin Leovaç, 7. Mame Baba Tiam, 10. Calma Kampos, 15. Xose Anxel Krespo, 16. Qyoko Kimirot, 24. Qarri Rodriqes, 28. Yevgen Şaxov, 43. Fernando Varela, 87. Xose Kanyas.
Ehtiyat oyunçular: 23. Zeliko Brkiç, 8. Çaris Çarisis, 13. Stelios Malezas, 14. Fakunda Pereyra, 20. Etimis Kuluris, 21. Dieqo Bisesvar, 70. Stelios Kitsiou.
Baş məşqçi: Vladimir İviç.