“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı

Foto: index.hu

Azərbaycan çempionu səfərdə “Ferentsvaroş”u məğlub etdi

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununu keçirib.

Ağdam təmsilçisi Macarıstanda “Ferentsvaroş” klubu ilə qarşılaşıb. Komandalar arasında Bakıda keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi. 1:1 hesablı heç-heçədən sonra Çempionlar Liqasının pley-off mərhələsinə çıxacaq komandanın adına Budapeştdə keçirilən oyun aydınlıq gətirəcəkdi.

“Qarabağ” səfər oyununda qələbə qazanıb – 3:1. Bu qələbədən sonra “köhlən atlar” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə əldə edib.

Azərbaycan çempionunun pley-off mərhələsindəki rəqibi Çexiyanın “Viktoriya” (Plzen) komandası olacaq.

Ana səhifəXəbərlər“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı