“Qara Abdulla” vəfat edib

Filmdə hadisələr 1920-ci ilin əvvəllərində Xəzər dənizinin şərq sahilində baş verir.

Source: Specify Source


Kaxa Kavsadzenin pnevmoniyadan öldüyü bildirilir

Sovet və gürcü aktyoru Kaxa Kavsadze vəfat edib.

Aktyor ötən ilin noyabrında COVİD-19 infeksiyasına yoluxduğu üçün bir ay müalicə olunub.

Bu ilin fevralında vəziyyəti ağırlaşan aktyor ikitərəfli pnevmoniya diaqnozu ilə Tiflisdəki Birinci Universitet Xəstəxanasına yerləşdirilib.

Aktyorun vəfat etdiyini tibb müəssisəsinin direktoru Levan Ratiani təsdiqləyib.

Kaxi Kavsadze “Səhranın bəyaz günəşi” filmindəki Qara Abdulla rolu ilə məşhurdur.

“Səhranın bəyaz günəşi” 1968-ci ildə tarixi faktlar əsasında lentə alınıb.

Filmdə hadisələr 1920-ci ilin əvvəllərində Xəzər dənizinin şərq sahilində baş verir.

Ekran işi Azərbaycan Kinematoqrafçılar İttifaqı, “Mosfilm” və “Lenfilm” studiyalarının birgə istehsalıdır.

Valentin Yejov və Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Vladimir Motıla tərəfindən ekranlaşdırılıb.

İlkin adı “Hərəmləri qoruyaq” olsa da, sonradan “Səhranın bəyaz günəşi” ilə əvəz edilib.

1970-ci ildə “Səhranın bəyaz günəşi” filminin prokatı reytinqdə lider olub.

Ana səhifəMədəniyyət“Qara Abdulla” vəfat edib