Putin Polad Bülbüloğlunu təltif edib

Polad Bülbüloğlu. Foto: Wikipedia

O, “Aleksandr Nevski” ordeninə layiq görülüb

Rusiya Prezidenti Vladimir Putin Polad Bülbüloğlunu iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə “Aleksandr Nevski” ordeni ilə təltif edib.

Bu barədə “Ria Novosti” məlumat yayıb.

Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olub.

O, 2024-cü il sentyabrın 1-də Milli Məclisdə keçirilən seçkilərdə deputat seçilib.

Yeni çağırış parlamentin ilk iclasında Mədəniyyət Komitəsinin sədri təyin olunub.

2024-cü il sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Polad Bülbüloğlu Rusiyada fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.

Ana səhifəMədəniyyətPutin Polad Bülbüloğlunu təltif edib