Prokuror nazirin qardaşını aldatmaqda təqsirləndirilən şəxsə iş istədi

Dələduzluqda günahlandırılan Samir Nəbiyevin məhkəməsi yekunlaşır

Source:


Dələduzluqda günahlandırılan Samir Nəbiyevin məhkəməsi yekunlaşır

Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə sənayesi naziri Yavər Camalovun biznesmen qardaşı Əlikram Camalova qarşı dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, S.Nəbiyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses sentyabrın 8-də davam etdiriləcək.

İttihama görə, 2015-ci ildə S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklif edərək, ondan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə. Camalova verəcəyini vəd edib. Ə. Camalov razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S Nəbiyev isə vəsaiti mənimsəyərək Ə. Camalova pulu qaytarmayıb. Bundan sonra Ə. Camalov polisə müraciət edib. Təqsirləndirilən S.Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb və onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Zərərçəkmiş Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

Ana səhifəXəbərlərProkuror nazirin qardaşını aldatmaqda təqsirləndirilən şəxsə iş istədi