Prezident gömrük sistemində islahatlarla bağlı sərəncam imzaladı

Mal dövriyyəsinin sürətləndirilməsi, elektron gömrük xidmətinin və sənədlərin sadələşdirilməsi üçün beş dövlət qurumuna tapşırıqlar verildi

Source:


Mal dövriyyəsinin sürətləndirilməsi, elektron gömrük xidmətinin və sənədlərin sadələşdirilməsi üçün beş dövlət qurumuna tapşırıqlar verildi

Martın 4-də prezident İlham Əliyev gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, nazirlik və komitələr də daxil olmaqla beş dövlət qurumuna – Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidmətinə gömrük sistemində prossedurların sadələşdirilməsi tövsiyə olunub.

Sərəncama əsasən, məcburi sertifikatlaşdırılmalı olan malların siyahısı azaldılmalı, baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların vahid siyahısı hazırlanmalıdır.

Bundan başqa, Dövlət Gömrük Komitəsi məmur-vətəndaş təmasını minimuma endirməli, elektron gömrük xidmətlərinin fəaliyyətini genişləndirməlidir.

Sərəncamda daha sonra qeyd olinur: Risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsi, xarici ticarətin asanlaşdırılmasına şərait yaradılması məqsədi ilə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, oradan çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə elektron informasiya mübadiləsinin həyata keçirilməlidir.

Sərəncamı Meydan TV-yə şərh edən iqtisadçı Zöhrab İsmayıl bildirib ki, sənəddə qeyd olunan məsələlər diqqətçəkən istiqamətlərdədir. İqtisadçı bununla belə qeyd edib ki, məsələ yalnız texnikada və elektron bəyənnamədə deyil: “Gömrük sistemində köklü islahatlar üçün qanunvericilik və qaydalar paket halında dəyişdirilməlidir”.

Z.İsmayıl hesab edir ki, gömrükdə ixtisar aparılmalı, tərkib tamamilə dəyişdirilməlidir: “Başqa halda bu “mütərəqqi dəyişikliklər” baş tutmayacaq. Prezident sərəncam verəcək, Nazirlər Kabineti onu bir az uzadacaq, sonra bəzilərini qəbul edəcək, bir müddət sonra deyəcəklər ki, bu “yamaq” işləmədi. Görürsən ki, Gürcüstan sərhədi tərəfdə 2-3, biz tərəfdə 10 nəfər gömrük məmuru var. Hələ bunlar ortada görünənlərdir. O böyük binada nə qədər bekar adam var, Allah bilir. Bu baxımdan, bir vərəq sözlə islahat olmaz”.

İqtisadçı Nazim Məmmədov da sərəncamı başlanğıc üçün yaxşı hesab etsə də, yetərli saymadığını bildirib: “Məncə, mən deyən məsələ sonda həllini tapacaq!”- deyə, o, fikrini tamamlayıb.

Ana səhifəXəbərlərPrezident gömrük sistemində islahatlarla bağlı sərəncam imzaladı