Masallının kəndlərinin demək olar ki, hamısında pomidor yığımına start verilib.
Yığılan məhsul yerli bazarlarla yanaşı, Bakı şəhərinə, eləcə də ölkənin digər bölgələrinə göndərilir. Pomidor yığımı sentyabr ayının sonuna kimi davam edəcək.
1 hektar sahədən təxminən 25-30 ton pomidor yığmaq mümkündür. Sahələrdəki pomidorun qiyməti 10-15 qəpik, bazarda isə 50-70 qəpik arasında dəyişir. Yerli bazarlarda pomidorun 1 kiloqramı 50-70 qəpiyədir.