”Plastik qablar çıxandan çəlləyə tələbat azalıb”

Göygöl sakini Cahan Cəfərov 1982-ci ildən çəllək hazırlamaqla məşğuldur

Source:
Cahan Cəfərov 35 ilə yaxındır ki, bu emalatxanasında çəllək düzəltməklə məşğuldur
Cahan Cəfərov 35 ilə yaxındır ki, bu emalatxanasında çəllək düzəltməklə məşğuldur


Göygöl sakini Cahan Cəfərov 1982-ci ildən çəllək hazırlamaqla məşğuldur

. Usta deyir ki, əvvəllər çəlləyə böyük təlabat olsa da, hazırda belə deyil:

“Sovet dövründə 6 ay, 1 il öncə insanlar çəllək almaq üçün növbəyə dururdular. Şərab, turşu, pivə, bal, bəhməz saxlamaq üçün əla bir vasitədir. Daha sonra plastik (kapron) qablar çıxanda çəlləyə təlabat sürətlə azalmağa başladı. İndi çox az sayda adam çəllək sifariş verir”.

Çəllək hazırlamaq üçün palıd ağacından istifadə olunur:

“Palıddan fərqli olaraq digər ağaclardan hazırlanan çəlləklərin içərisində məhsul saxlandıqdan bir müddət sonra həmin ağacın dadı və qoxusu məhsulda hiss olunur. Bu səbəbə görə çəllək üçün ən ideal ağac növu, palıddı”.

Çəlləklərin satış qiyməti ölçüsünə görədir. Kiçik bir çəlləyin təxmini qiyməti isə 20-30 manatarası dəyişir. 500-600, hətta 1000 manata da çəllək var.

Cahan Cəfərovun sözlərinə görə, elə dəzgah və alətlər var ki, onlardan istifadə etməklə işini yüngülləşdirə bilər, amma çəllək işi incəlik tələb etdiyindən əl əməyindən istifadə olunur. Ölçüsündən asılı olaraq çəlləklər 1 litrdən tonlara qədər uzanır. Bir çəlləyin hazırlanmasına isə 3-5 gün bəzən də həftələrlə vaxt sərf olunur. Hazırda bu çəlləklərin alıcısı çox olmasa da, hər ay 1-2 çəllək hazırlayıb sata bilir.

Cahan Cəfərov 35 ilə yaxındır ki, bu emalatxanasında çəllək düzəltməklə məşğuldur
Cahan Cəfərov 35 ilə yaxındır ki, bu emalatxanasında çəllək düzəltməklə məşğuldur
Cahan dayı yeni çəllək hazırlamaq üçün özünü hazırladığı alətdə taxtanı yonur
Cahan dayı yeni çəllək hazırlamaq üçün özünü hazırladığı alətdə taxtanı yonur
Taxtalar düzgün kəsilib və yonulduqdan sonra bir-bir yığılmağa başlayır
Taxtalar düzgün kəsilib və yonulduqdan sonra bir-bir yığılmağa başlayır
Çəllək üçün ağaclar yonularaq standart bir formaya salınır
Çəllək üçün ağaclar yonularaq standart bir formaya salınır
Çəllək hazırlamaq üçün ayrılmış xüsusi alətlər
Çəllək hazırlamaq üçün ayrılmış xüsusi alətlər
Çəlləyin dairə forması olması üçün xüsusi sirkul vasitəsilə yoxlanılır
Çəlləyin dairə forması olması üçün xüsusi sirkul vasitəsilə yoxlanılır
Cahan dayı boş vaxtında çəlləkdən gül qabları da hazırlayır
Cahan dayı boş vaxtında çəlləkdən gül qabları da hazırlayır
Ana səhifəFotoreportaj”Plastik qablar çıxandan çəlləyə tələbat azalıb”