Noyabrın 23-ü Yerevanın “Dvin” kompleksində KTMT-nın sammiti baş tutub. Əgər bundan əvvəl Moskvada keçirilmiş may sammitini “iddialar sammiti” adlandırmışdılarsa, Yerevan sammitini “qalmaqallı” deyə “taclandırıblar”. Sammitin nəticələrinə görə, KTMT sədrliyi Ermənistandan Belarusa keçib, Qazaxıstanın keçmiş nümayəndəsi və Qazaxıstanın Rusiyadakı sabiq səfiri İmanqali Tasmaqambetov yaxın üç ildə KTMT-nın baş katibi öhdəliklərini icra edəcək. Bundan əlavə, gündəlikdə sülhməramlı qüvvələrin müasir silahlar, hərbi və xüsusi texnika, radiasiya, kimyəvi və bioloji müdafiə vasitələri ilə təchiz olunması ilə bağlı bir sıra sənədlərin müzakirəsi olub.
Ermənistanın Baş naziri Nikol Paşinyanın sammitdəki çıxışı, gözlənildiyi kimi, Qarabağ müharibəsi ilə bağlı olub. O, xüsusilə qeyd edib ki, KTMT Qarabağdakı müahribəyə necə reaksiya verməklə bağlı bir qərara gələ bilməyib və bu, nəticə etibarı ilə KTMT üçün mühüm və onun erməni ictimaiyyəti tərəfindən necə qəbul olunacağı ilə bağlı fundamental suallar qoyur. Paşinyanın dediyinə görə, “KTMT-nın məsuliyyət zonasının Ermənistanda təsdiqlənməsi bizim üçün prinsipial mühüm rol oynayır”. Ermənistanın mövqeyi ondan ibarətdir ki, Azərbaycan Ermənistan ərazisinin təxminən 140 kvadrat metrini tutub və Yerevan KTMT-nın buna siyasi qiymətləndirmə verməsini təkid edir. Belə ki, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşməməsini hesab etmək KTMT məsuliyyət zonasının yoxluğu anlamına gəlir. Məsuliyyət zonası isə olmadığı halda təşkilatın özünün mövcudluğu böyük sual doğurur.
Bununla belə, Baş nazir Paşinyan Ermənistanın KTMT-nı Azərbaycanla müharibəyə sövq etməyə çalışması fikrini təkzib edib. Belə ki, KTMT nizamnaməsinin III maddəsinə əsasən, KTMT üzv ölkələrinin ərazi bütövlüyünün kollektiv şəkildə müdafiəsində prioritet siyasi vasitələrə verilir. Paşinyan sammit iştirakçılarını bunların həyata keçirilməsinə çağırıb. O təsdiqləyir ki, KTMT-nın siyasi qiymətləndirmə verməməsi bu təşkilatın müttəfiq öhdəliklərindən boyun qaçırması kimi başa düşülə bilər və Azərbaycan tərəfdən “həmin ölkənin Ermənistana münasibətdə aqressiyasının davam etdirməsi üçün yaşıl işığın” yandırılması kimi qəbul edilər. Hərçənd prezident Lukaşenko bu məsələyə münasibətdə belə deyib:
“Kiminsə qarşısını almaq bizim işimiz deyil”.
Sammitin əsas intriqası Paşinyanın yekun deklarasiyaya və Ermənistana yardım üzrə müştərək tədbirlər layihəsinə qol çəkməməsi olub. Onun fikrincə, bu sənədlər Yerevanın gözləntilərini doğrultmayıb. O, deklarasiyaya Ermənistana qarşı aqressiyada günahlandırılan Azərbaycan maddəsinin artırılmasını israr edib. Lakin sammit münaqişənin sülh yolu ilə çözülməsinə çağırışla qənaətlənib və nəticə etibarı ilə yekun sənəddə siyasi qiymətləndirmədən boyun qaçırıb. Bunu başa düşmək olar, belə ki, siyasi qiymətləndirmədən sonra hərəkət gəlməlidir. Belaruslu politoloq Pyetr Petrovski də təşkilatın mövqeyini siqnal kimi qiymətləndirir, yəni “Nikol Paşinyan əbəs yerə KTMT-nı Ermənistan üçün odun-alovun içindən şabalıd daşıması üçün dilə tutmasın”. Ümumilikdə Ermənistanın Baş naziri KTMT-nı kəskin tənqid atəşinə tutub və deyib ki, bu təşkilat öz funksionallığını itirib. Onun tənqidi bilavasitə Rusiyaya qarşı yönəlib. Həmin dövlət KTMT-da aparıcı qüvvə sayılır. Hətta Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov etiraf edib ki, Paşinyan “KTMT-nın işini fiasko kimi şərh edib”.
Müasir Dövlətçilik İnkişafı İnstitutunun direktoru Dimitri Salonnikovun fikrincə, “demarş xoşagəlməz və parlaq hadisədir”. O hesab edir ki, Ermənistan eyni zamanda iki məqsəd güdür – hər şeyə rəğmən, Rusiyanı Azərbaycanla münaqişəyə sövq etmək və əgər bu alınmazsa, Ermənistanda Rusiyaya qarşı ab-hava yaratmaq istəyir. İstənilən halda ekspertlər eyni qənaətə gəliblər ki, KTMT-nın Yerevandakı sammiti böyük siyasi iflasa uğrayıb, belə ki, builki sammitə Ermənistan sədrlik edirdi və onun yenidən təşkil olunmasına imkan yaratmalı idi. Əvəzində o, yekun sənədin imzalanması prosesini yarıda qoyub.
Rusiya və Belarus nümayəndə heyətini Yerevanda etiraz aksiyası qarşılayıb. Həmin aksiyada Ermənistanın KTMT-dan çıxması tələbləri səsləndirilib. Mitinq təşkilatçısı kimi, Ermənistanın Avropa Partiyasının rəhbəri Tiqtan Xzmalyanın adı çəkilsə də, etiraz aksiyasının arxasında ölkə hakamiyyətinin datandığı fikri də yox deyildir. Hərçənd eyni zamanda Yerevandakı Qələbə körpüsündə, – həmin körpünün üstündən Rusiya liderinin korteji keçib, – Putini salamlayan Rusiyayönlü mitinq də keçirilib.
Bəziləri hesab edir ki, Ermənistan KTMT-dan çıxmaq üçün birinci namizəddir. Düzdür, hazırkı mərhələdə bu barədə danışmaq tezdir, çünki Ermənistan Rusiyanın yardımına möhtacdır. Lakin ekspertlər söyləyirlər ki, Ermənistanın KTMT və Ruisiya ilə münasibətlər vektoru müttəfiqlikdən az qala düşmənçiliyə çevrilib. Ermənistan sərhədindəki payız münaqişəsindən sonra blokdan çıxmaq çağırışlarını, hətta Paşinyan daxil olmaqla, hakimiyyət nümayəndələrinin dilindən eşitmək olurdu. Ermənistanın Baş naziri müsahibələrinin birindən belə demişdi:
“KTMT daxilində Ermənistanı itirmək təhlükəsi var. Lakin mən bu cür reaksiya verdim: Ermənistanın özündə KTMT-nı itirmək təhlükəsi var”.
Rusiyalı politoloq Sergey Markovun obrazlı ifadə etdiyi kimi, “KTMT-nın erməni böhranı inkişaf edir”.
Sammit bitdikdən sonra Baş nazir Paşinyanla Rusiya prezidenti Putin arasında ayrıca görüş baş tutsa da, erməni ictimaiyyətində sammitdən xüsusi olaraq heç nə gözləmirdilər.
Şərhçilər belə bir fikir yürüdürlər ki, Putinin Yerevana səfəri təşəbbüsü ələ keçirərək, Qərbə Cənubi Qafqazda yerini möhkəmlətməyə imkan verməmək cəhdidir. Sammit iştirakçıları “bütün çətinliklərə rəğmən, KTMT zəruri və arzuolunandır”, – Rusiya KİV-də belə bir sual qoyurlar – bu şəraitdə bundan belə də Ermənistanda sülhməramlı bazanı saxlamağına dəyərmi? Üstəlik də Ermənistanın Qərbə KTMT-nın müdafiə sahəsində məlumatlarını, Rusiya silahlarının texniki xarakteristikasını, o cümlədən Gümrüdəki Rusiya hərbi bazası barədə bilgiləri ötürdüyünə dair söhbətlər gedir. Sentyabrın sonunda Azərbaycanla sərhəddəki vəziyyət ucbatından Ermənistanın, ümumiyyətlə, KTMT çərçivəsində Qazaxıstanda keçirilən təlimlərdən imtinası həmçinin fikirləşməyə sövq edir.
Yəqin ki, Ermənistan KTMT-dan çıxmağa, üstəlik NATO tərəfə keçməyə can atmır, bəzi rusiyalı politoloqlar belə hesab edir. Ermənistan hakimiyyəti isə KTMT-nın Cənubi Qafqazda yeganə üzvünü itirməməsi üçün ona kömək göstərməsinə eyham vurub. Xüsusilə də bunu diqqətə almaq lazımdır ki, blokda əsas təsirlər Rusiyaya məxsusdur. Bu ölkə isə ziddiyyətləri hamarlamağa, təşkilatda rəhbər rolunu qoruyub saxlamağa çalışır. Lakin sammit göstərib ki, KTMT-nın digər ölkələri Azərbaycan-Ermənistan münaqişəsinə qarışmağa can atmır.
Rusiyalı politoloqlar arasında belə bir fikir eşitmək olar ki, KTMT öz fəaliyyətinə Yerevan olmadan da davam edə bilər. Lakin bu, təşkilatın nüfuzuna böyük xələl gətirə bilər. Onu da istisna etmək olmaz ki, Moskva Ermənistanı öz təsir orbitində saxlamaq üçün hərbi-texniki kömək üzrə müəyyən qərarlar ala bilər. Hərçənd bu cür qərarlar verildiyi halda Ermənistanın Qərbə sarı üz tutmasından əl çəkəcəyi və yenidən Rusiyanın Qafqazdakı maraqlarının bələdçisinə çevriləcəyi böyük sual altındadır. Baş verənlərin erməni ictimaiyyətini dilxor etdiyini hesab edənlər yəqin ki doğrudurlar, Ermənistan KTMT-na daxil olduğu üçün vəziyyət təşkilatda da öz izini buraxır. Lakin Ermənistan KTMT qarşısında dayanan daha qlobal problemin təzahürlərindən yalnız biridir. Politoloq Roza Turarbekovanın hesab etdiyi kimi, KTMT-nın əsas problemi “təşkilat daxilində üfqi rabitələrin inkişaf etməməsi və onları inkişaf etdirmək istəməmələridir”.
Təşkilatda birlik yoxdur, Azərbaycan-Ermənistan münaqişəsinə qeyri-qənaətbəxş reaksiya da bundan xəbər verir. Bundan əlavə, belə bir fikir var ki, KTMT birliyini Ukraynadakı müharibəyə reaksiya da sual altında qoyur. Belə ki, təşkilata üzv olan ölkə rəhbərlərindən yalnız prezident Lukaşenko Rusiyanı dəstəkləyir. Belə hesab olunur ki, təşkilatın bu cür qeyri-effektivliyinə daha bir misal KTMT-nın üzvü olan Tacikistan və Qırğızıstan arasında mübahisəli sərhəd məntəqələri ilə bağlı münaqişədir. Məhz həmin münaqişəyə görə, 2022-ci ilin oktyabrına planlaşdırılmış və “Sarsılmaz qardaşlıq” adlanan KTMT çərçivəsində komanda-qərargah təlimləri təxirə salınmışdı. Qırğızıstandakı təlimlərin təxirə salınmasına heç cür şərh vermədilər, lakin gün kimi aydındır ki, bu hadisə 2021-ci ildə KTMT-nın iclasının məhz Düşənbədə keçirildiyi vaxt Qırğızıstanla Tacikistan arasında hərbi münaqişə baş vermişdi. Özü də hərbi əməliyyatlar zamanı Qırğızıstanın Təhlükəsizlik Şurasının katibi və müdafiə naziri Tacikistanın paytaxtı Düşənbədə KTMT Dövlətləri Müdafiə Nazirləri Şurasının iclasında iştirak edirdilər.
Belə bir fikir də var ki, KTMT “həyat qabiliyyətli struktur sayılmır və Mərkəzi Asiya dövlətlərində – “cənub cinahı”nda regional təhlükəsizliyi təmin etmək iqtidarında deyil. Üstəlik bu cinahda yeni təhlükələr və çağırışlar meydana gəlməkdədir. 2021 və 2022-ci illərdə Qırğızıstanla Tacikistanın sərhədində baş vermiş münaqişələrdən başqa, 2005-ci il Qırğızıstanda yaşanmış Zanbaq inqilabı və 2010-cu il inqilabını yada salırlar. Sonuncu inqilab nəticəsində Mərkəzi Asiya tarixində ilk dəfə Qırğızıstanda hakimiyyətə qadın prezident Roza Otunbayeva gəlmişdi. Bir də 2005-ci ildə Özbəkistanın Əndican şəhərindəki iğtişaşları xatırlayırlar. Həmin iğtişaşlar zamanı, rəsmi məlumatlara görə, 187 adam həlak olmuşdu. Bundan başqa, “Özbəkisatn İslam Hərəkatı”nın fəaliyyətini unutmamaq lazımdır. Həmin təşkilatı “Taliban”la əlaəqədə günahlandırırlar. KTMT-nın “qərb cinahı”nda isə əvvəllər təhlükəsizliklə bağlı aşkar problemlər olmasa da, hazırda onlar tam axarı ilə meydana gəlir. KTMT-nın bu çağırışladın öhdəsindən necə gələcəyini gələcək göstərəcək.