Saləddin Məhərrəmov 1954-cü ildə Gəncədə anadan olub. O, 1992-ci ildən ağac üzərində oyma sənəti ilə məşğuldur. Deyir ki, ixtisasca rəssam olsa da, ağac üzərində oyma sənətinə yönəlib. İndiyədək müxtəlif ölkələrdə – İran, Rusiya, Norveç və İsveçdə sərgiləri keçirilib.
Saləddin Məhərrəmovun sözlərinə görə, ağac üzərində oyma sənəti çətin olsa da, bu yolu davam etdirən tələbələri var. Buna baxmayaraq, azərbaycanlıların bu əl işlərinə elə də maraq göstərməməsi ustanı təəssüfləndirir. Deyir ki, daha çox xarici vətəndaşlar maraqlandığından elə sifarişləri də əsasən qonşu ölkələrdən alır.