Ötən ay dünya iqtisadiyyatında inflyasiya yüksəlib

Foto: arxiv

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dünya iqtisadiyyatına mənfi təsir göstərib

Apreldə ABŞ-da istehlak qiymətlərinin artım tempi yavaşlayıb, inflyasiya yüksək həddə çatıb.

Səbəb bu ölkədə benzin qiymətlərinin rekord həddə olmasıdır. Benzinin bahalaşmasının nəticəsində də inflyasiya pik həddə çatıb.

Mayın 11-də ABŞ Əmək Departamenti açıqlama yayaraq bildirib ki, istehlak qiymətləri indeksi keçən ay 0.3 faiz artıb. Bu, ötən ilin avqustundan bəri ən kiçik qazanc sayılır.

Enerji İnformasiya Administrasiyasına görə, inflyasiyaya səbəb olan benzin qiymətləri apreldə 4 dollardan aşağı düşüb. Bundan sonra yenidən yüksəlib və bu həftənin əvvəlində təxminən 4,161 dollar təşkil edib.

Reuters yazır ki, Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsi benzinin bahalaşmasının əsas katalizatorudur. Müharibə bütün normal olan qiymətlərin artmasına səbəb olub.

Bildirilir ki, Rusiyanın fevralın 24-də Ukraynaya hərbi müdaxiləsi dünya iqtisadiyyatına mənfi təsir edib. Çünki fevraladək iqtisadiyyatlar onsuz da COVID-19 pandemiyasından yeni çıxmışdı. Bütün dünya pandemiyadan xilas olmaq üçün böyük miqdarda pullar xərcləmişdi. Nəticədə mərkəzi banklar faiz dərəcələrini endirməli olmuşdu.

ABŞ prezidenti Co Bayden mayın 10-da yüksək inflyasiyanın amerikalı ailələrə vurduğu ziyandan danışıb. Bildirib ki, qiymətləri aşağı salmaq onun əsas daxili prioritetidir.

Daha öncə “Reuters”ə danışan iqtisadçılar apreldə istehlak qiymətlərinin 0,2 faiz, illik müqayisədə isə 8,1 faiz artacağını proqnozlaşdırmışdılar.

Aylıq inflyasiyanın artması ehtimalı olsa da, keçənilki böyük artımlar hesablamadan çıxdığından, lakin ən azı 2023-cü ilə qədər FED-in 2 faizlik hədəfinin üstündə qaldığı üçün illik göstəricilərin daha da azalacağı ehtimal edilir.

Çinin sıfır tolerantlıq COVID-19 siyasətinin qlobal tədarük zəncirlərinə daha çox gərginlik gətirdiyi və malların qiymətlərini artırdığı görünür. Həm yayda güclü tələbat, həm də işçi çatışmazlığı fonunda hava nəqliyyatı və mehmanxanada yerləşmə kimi xidmətlərin qiymətləri də inflyasiyanın yüksək səviyyədə saxlanmasına səbəb olur.

İcarələr, hava yolları tarifləri və yeni motorlu nəqliyyat vasitələrinin qiymətlərindəki bahalaşma da ötən ay inflyasiyanın artmasına səbəb olub.

Türkiyədə inflyasiya 70 faizə yaxınlaşıb.

Apreldə 7.25 faiz artmaqla 69.97 faizə yüksəlib.

Bu, əvvəlki ilin dekabrı ilə müqayisədə 31.71, aprel ayına görə isə 69.97 faiz artım deməkdir.

Ötən ilin 12 aylıq ortalamalarına görə hazırki artım 34.46 faizdir.

Bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) 2022-ci ilin aprel ayı üçün olan istehlak qiymətləri indeksi hesabatında bildirilib.

Ölkədə inflyasiya qlobal enerji qiymətlərindəki artım, milli valyuta olan lirənin zəifləməsi fonunda ərzaq, nəqliyyat və digər vacib ehtiyacların qiymətinin artması ilə müşahidə olunub.

İnflyasiya Araşdırma Qrupu (ENAG) isə açıqlamasında bildirib ki, aprel inflyasiyası 156.86 faiz olub.

Ana səhifəİqtisadiyyatÖtən ay dünya iqtisadiyyatında inflyasiya yüksəlib