Ölkədə koronavirusa yoluxmuş daha 29 nəfər ölüb

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 687, bu günə qədər isə ümumilikdə 3 026 132 testin icra olunduğu qeyd edilib.

Foto: Meydan TV


Yoluxma sayı 1151 olub

Aprelin 12-də Azərbaycanda 1151 adam COVID-19 infeksiyasına yoluxub, 1052 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda analiz nümunələri müsbət çıxan 29 nəfərin vəfat etdiyi vurğulanıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 287 144 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 251 760 nəfər müalicə olunaraq sağalıb, 3 944 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 31 440 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 687, bu günə qədər isə ümumilikdə 3 026 132 testin icra olunduğu qeyd edilib.

Ana səhifəSağlıqÖlkədə koronavirusa yoluxmuş daha 29 nəfər ölüb