Obamanın Azərbaycana təklif etdiyi səfir Senat dinləmələrinə qatılacaq

Robert Frensis Cekuta əvvəllər Tokio və Berlindəki diplomatik missiyalarda çalışıb

Source:


Robert Frensis Cekuta əvvəllər Tokio və Berlindəki diplomatik missiyalarda çalışıb

Sentyabrın 17-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində  ABŞ-ın Makedoniya, Monteneqro, Azərbaycan və Ermənistandakı yeni səfirləri ilə  bağlı  dinləmələr keçiriləcək. Bu barədə Senat komitəsinin məlumatında deyilir.

Prezident Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini Robert Frensis Cekutanın namizədliyini irəli sürüb.

Cekuta əvvəllər Tokio və Berlindəki diplomatik missiyalarda çalışıb.

Ana səhifə ▸ Xəbərlər ▸ Obamanın Azərbaycana təklif etdiyi səfir Senat dinləmələrinə qatılacaq