”O qədər problemləri var idi ki, ölkədən qaçıb getmək istəyirdi”

Psixoloqun yoldaşı Nüşabə xanım Dəyanət Rzayevin sıxıntılarının olduğunu bildirib

Source:

Dəyanət Rzayevin yas mərasimində iştirak edən qohumları mətbuata açıqlamasında deyib ki, “Həmişə bizimlə zarafatlar edirdi deyə bura gələnə kimi Dəyanətin intihar xəbərinin zarafat olduğunu düşünürdük. Ancaq bu dəfə üzümüzü güldürmədi. 4 gün idi ki, ona zəng çatmırdı. İşlə bağlı olduğunu düşünüb, kimsə narahat etmək istəməyib. Ancaq bu gün orada intihar etmiş vəziyyətdə tapılıb. Ətrafındakılara tez-tez öləcəm deyə zarafat edirdi. Mediada müxtəlif fikirlər deyilir. Hətta öldürüldüyünü də iddia edirlər. Ancaq hamısı yalandır. Nə xəstəliyi var idi, nə də ki, ailəsi ilə bağlı hər hansı bir problemi. Hamı ilə mehriban davranırdı, çox şən insan idi. Televiziyadan necə tanımısızsa, evində də elə idi. Hələ də inana bilmirik. Elə bir insan nəyə görə intihar etsin?!”

Psixoloqun yoldaşı Nüşabə xanım Dəyanət Rzayevin sıxıntılarının olduğunu bildirib:

“O qədər problemləri var idi ki, ölkədən qaçıb getmək istəyirdi. Son vaxtlar elə hey xaricə getmək istədiyini deyirdi”.

Yas mərasimində psixoloqun həmkarları, tanınmış şəxslər də iştirak edib, bu barədə Qafqazinfo məlumat yayıb.

Ana səhifəFotoreportaj”O qədər problemləri var idi ki, ölkədən qaçıb getmək istəyirdi”