Yayda çoxunun üz tutduğu istirahət yerlərindən biri Qəbələnin Nohur gölüdür. Bura məktəblilərin, tələbələrin və xarici turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. Nohur göl, Güllüburun, Göydağ və Yumru dağların arasında yerləşir.
Bura gələnlərin böyük hissəsi qayıqlarla göldə gəzməyə üstünlük verir. Belə ki, 10 dəqiqə qayıqda gəzmək üçün 5 manat ödəmək lazımdır. Fərq etmir qayıqda 1, yaxud 4 nəfər olacaq.
Burada həm də kənd camaatının hazırladığı mürəbbə və digər şirniyyatlar da satılır. Qiymətlər isə 3 manatdan başlayaraq dəyişir.