Nobel mükafatçısından Xədicə İsmayıla imza

Beloruslu yazıçı mayın 3-də Helsinkidə keçiriləcək törənində Xədicə İsmayılın anası ilə görüşəcəyini bildirib

Source:
Xədicə İsmayıl
Xədicə İsmayıl


Beloruslu yazıçı mayın 3-də Helsinkidə keçiriləcək törənində Xədicə İsmayılın anası ilə görüşəcəyini bildirib

2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatının qalibi olmuş beloruslu yazıçı Svetlana Aleksandrovna Alekseyevich öz kitabını araşdırmaçı jurnalist, Azadlıq Radiosunun həbsdə olan əməkdaşı Xədicə İsmayıl üçün imzalayıb.

Nobel ödüllü yazar UNESCO-nun mayın 3-də Helsinkidə keçiriləcək törənində Xədicə İsmayılın anası ilə görüşəcəyini bildirib.

Bu barədə məlumatı Azadlıq Radiosu yayıb.

Nobel laureatı Svetlana Aleksandrovna Aleksieviç 1948-ci il mayın 31-də doğulub. Əvvəllər jurnalist kimi fəaliyyət göstərib. 2000-ci ildə ölkəsində ona qarşı cinayət işi açıldığından Belarusu tərk edərək İtaliya, Fransa və Almaniyada yaşayıb. On illik mühacir həyatından sonra yenidən vətəninə geri dönüb.

O, Nobel mükafatına “Polifonik yaradıcılığı – zəmanəmizdə iztirab və cəsarətə abidə qoyduğu üçün” sahib olub.

O, 2006-cı ildə ABŞ-ın Milli Tənqid, 2011-ci ildə Remark mükafatına layiq görülüb.

Xədicə İsmayıl isə 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin jurnalist ittihamları rədd edir və peşə fəaliyyətinə, xüsusən prezident və ailəsinin gizli biznesi haqda araşdırmalarına görə cəzalandırıldığını bildirir.

“Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatı Xədicə İsmayılı “vicdan məhbusu” elan edib.

Bundan qabaq tanınmış türk yazıçısı Elif Şafak da X.İsmayıl üçün kitabını imzalamış, məşhur “Çərpələng uçuran” romanının müəllifi, Amerika yazıçısı Xalid Hüseyni (Xədicə həmin kitabı Azərbaycan dilinə çevirib), Nobel mükafatı laureatı, iranlı hüquq müdafiəçisi Şirin İbadi Azərbaycan hökumətini onu azadlığa buraxmağa çağırmışdılar.

Ana səhifəXəbərlərNobel mükafatçısından Xədicə İsmayıla imza