Niyaməddin Musayev: Müalicəm təmənnasız aparılır

Müğənni bildirib ki, səhhəti xeyli yaxşılaşıb:

Source: Arxiv


“Həkimlər nə zaman icazə versələr, evə gedəcəyəm”

“Dünyanın hər yerindən zəng edib, səhhətimlə maraqlanırlar, çox sağ olsunlar. Çətinliklər geridə qaldı, artıq özümü daha yaxşı hiss edirəm. Həkimlər deyir ki, müalicəm uğurla davam edir”.

Bu sözləri Meydan TV-yə Mərkəzi Neftçilər Xəstəxanasında COVİD-19 virusundan müalicə olunan xalq artisti Niyaməddin Musayev deyib.

Müğənni bildirib ki, səhhəti xeyli yaxşılaşıb:

“Həkimlərə təşəkkür edirəm, sağlamlığımın qeydinə qalırlar. Müalicəm təmənnasız aparılır. Gələn həftənin bazar ertəsi, çərşənbə axşamına kimi buradayam. Həkimlər nə zaman icazə versələr, evə gedəcəyəm”.

Niyaməddin Musayev 1940-cı ildə İmişlidə doğulub.

Ana səhifəMədəniyyətNiyaməddin Musayev: Müalicəm təmənnasız aparılır