O, yeni növ koronavirusa yolxuduğunu deyib
Xalq artisti Niyaməddin Musayev yeni növ koronavirusa yoluxub.
Müğənni Meydan TV-yə açıqlamasında bildirib ki, artıq beş gündür Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib: “İlk günlər nəfəs alanda problem yaranırdı, çətinlik çəkirdim. Lakin artıq yavaş-yavaş düzəlirəm. Hazırda özümü çox yaxşı hiss edirəm. Hələ ki müalicəm xəstəxanada davam etdiriləcək. Həkimlər çox sağ olsunlar, pərvanə kimi başıma dolanırlar. Baş həkimdən tutmuş, rəhbərliyə kimi hamı, nəinki mənim, digər koronavirus xəstələrinin müalicəsinə diqqət yetirirlər”.
Niyaməddin Musayev 1940-cı ildə İmişlidə doğulub.