NİDA-çılara hökm oxundu

Gənclər 6 ildən 8 ilədək azadlıqdan məhrum edildilər


Gənclər 6 ildən 8 ilədək azadlıqdan məhrum edildilər

Mayın 6-sı Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı gənclərə hökm oxunub.

Meydan TV-nin məhkəməd olan əməkdaşının məlumatına görə, Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il azadlıqdan məhrumetmə cəzası verilib.

İttihama görə, gənclər 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.

Ana səhifəXəbərlərNİDA-çılara hökm oxundu