NİDA-çılar aclıq aksiyası keçirir [ VİDEO ]

Nida Vətəndaş Hərəkatının 8 üzvü aclıq aksiyasına başlayıb.

Bəyanat

2013-cü il 7 mart tarixindən Nida Vətəndaş hərəkatına qarşı başlanmış repressiyalar nəticəsində hələ də məşhur “Nida işi” üzrə 8 nəfər olaraq, həbsdəyik. 7 aylıq ibtidai istintaq zamanı bir neçə saatlıq dindirilməmiz və yumoristik “məhkəmə” adlı tamaşamız sübut etdi ki, biz siyasi sifarişlə, qanuni haqlarımızı həyata keçirdiyimizə görə həbsdə saxlanılırıq. Yarım illik məhkəmə prosesi zamanı vəsatətlərimizin əsassız olaraq rədd edilməsi, sübut sayıla bilməyən ifadələrin, əşyaların sübut hesab edilməsi göstərir ki, bizə qarşı ağır ittiham hökmü hazırlanır. Bu gün dövlət ittihamçısının 6 il ay — 8 il 6 ay arası azadlıqdan məhrumetmə tələbi də bunun təsdiqidir. Bu siyasi ayrıseçkiliyə və repressiyaya etiraz olaraq, biz azad edilməyimiz tələbilə bu gündən aclıq aksiyasına başlayırıq. Məsələyə daha realist yanaşsaq, hesab edirik ki, 1 ildən çoxdur davam edən prosesin sifarişli şou olduğunu hakimiyyyət etiraf etməz və nəticədə bizə bəraət hüququ verməz. Ona görə də hakimiyyətə siyasi iradə nümayiş etdirərək, hər hansı vasitə ilə bizi həbsdən buraxmağı təklif edirik. Məqsədimiz “Nida”nın əzəli vasitəsi olan dinc yollarla azadlığa nail olmaqdır.

Bütün mümkün zərərləri nəzərə almışıq.İradəli və möhkəmik. İnanırıq ki, azadlığımıza qovuşacağıq.

İmza:

Novruzlu Şahin İbrahim oğlu

Əzizov Məmməd Rasim oğlu

Quliyev Bəxtiyar Səməndər oğlu

Həsənov Rəşad Zeynalabdin oğlu

Məmmədli Üzeyir Məhəmməd oğlu

Axundov Rəşadət Fikrət oğlu

Qurbanlı Zaur Araz oğlu

Rüstəmzadə İlkin Bakir oğlu

Ana səhifəVideoNİDA-çılar aclıq aksiyası keçirir [ VİDEO ]