Netanyahu Bakıya gəlir, İran narazılıq edir

”İranın işğalçı Ermənistanla münasibətlərinin normal olması bizim də xoşumuza gəlmir”

Source:


”İranın işğalçı Ermənistanla münasibətlərinin normal olması bizim də xoşumuza gəlmir”

Dekabrın 13-də Azərbaycana gələn İsrailin baş naziri Benyamin Netanyahunun səfər proqramı açıqlanıb.

Baş nazir Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu diplomatik əlaqələri inkişaf etdirmək üçün Azərbaycan və Qazaxıstana səfər edəcək. Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüşün yekununda ətraf mühitin mühafizəsi, Yerusəlim məsələləri və irs naziri Zeyev Yelkin tərəfindən standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılaşma imzalanacaq.

Bundan əlavə, Şəhidlər Xiyabanını ziyarət edən baş nazir təhsil naziri Mikayıl Cabbarovla birlikdə “Oravner” yəhudi icmasının təhsil aldığı təhsil kompleksində olacaq, yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək (


report.az


).

Benyamin Netanyahunun Azərbaycana səfəri İranı dini və siyasi dairələrində narazılıq və təəccüblə qarşılanıb. Məlumatı Azadlıq Radiosu qonşu ölkənin mediasına istinadən yayıb.

İranın “Təsnim” agentlıiyi xəbər verir ki, İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri İsrail baş naziri Benjamin Netanyahunun Bakıya planlaşdırılan səfərindən təəccübləndiyini bildirib.








Netanyahunun Bakıya səfəri regionda yeni qəsd cəhdi




dir”

Agentliyə verdiyi müsahibədə Mohsen Pakayin deyib ki, belə bir səfərin yer alması Azərbaycanın İslam icması qarşısında öhdəlikləri ilə ziddiyyət təşkil edir:

“Azərbaycan Respublikası İslam icmasının üzvü kimi, sionist rejimin izolyasiyasını pozan addımlardan çəkinməlidir”.

Pakayin bunu da əlavə edib: “Özü işğala məruz qalmış Azərbaycanın müsəlman xalqı öz hökumətinin başqa işğalçı ölkə ilə bu sayaq yaxınlaşmasından narazı qalacaqdır”.

Bununla belə, keçmiş İran səfiri İsrail və Azərbaycan arasında hər hansı strateji əməkdaşlığın gələcəyinə inanmadığını söyləyib.

“Jerusalem Post” qəzetinin verdiyi məlumata görə, İranın tanınmış siyasətçi və ruhani xadimlərindən Höccət ül-İslam Seyid Həsən Ameli Kəlxoran da Netanyahunun Azərbaycana səfərindən narazılığını ifadə edib.

Mohsen Pakayin foto sosial şəbəkə
Mohsen Pakayin foto sosial şəbəkə

Əslən Ərdəbilli olan Ameli əvvəllər Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda danışarkən Azərbaycanın işğala məruz qalmasını tənqid edib.

“Jerusalem Post” İranın Fars agentliyinə istinadən yazır ki, İran Milli Məclisi spikerinin baş müşaviri Hüseyn Əmir Əbdolhayan deyib ki, Netanyahu Bakı səfəri ilə “yeni qəsdlər” hazırlayır:

“Netanyahunun Bakıya səfəri regionda yeni qəsd cəhdi kimi qiymətləndirilməlidir”.



“H




ər hansı müsəlman ölkəsi üçün İsraillə bağlar qurmaq yolverilməzdir






İranın ali rəhbərinin Qərbi Azərbaycan ostanındakı nümayəndəsi və Urmiyyə məscidinin imamı Seyid Mehdi Qureyşi isə jurnalistlərə deyib ki, hər hansı müsəlman ölkəsi üçün İsraillə bağlar qurmaq yolverilməzdir:

“Azərbaycan hakimiyyəti bunu unutmamalı və başa düşməlidir ki, belə bir hadisə müsəlman icmasında qeyri-məqbuldur”.

İsrail mətbuatı yazır ki, bu Netanyahunun Bakıya ikinci səfəridir.

1997- ci ildə Uzaq Şərqə səfər turundan qayıdan Netanyahu Bakı hava limanında indiki prezident İlham Əliyevin atası Heydər Əliyevlə bir neçə saatlığa yolüstü görüşmüşdü.

“Jerusalem Post” yazır ki, bundan əvvəl İsrailin yüksək vəzifəli rəsmilərinin də Azərbaycana səfərləri olub. 2009-cu ildə o zamankı xarici işlər naziri Avigdor Liberman və prezident Şimon Peres, 2014-cü ildə isə o vaxtkı müdafiə naziri Moşe Yaalon Azərbaycana səfərlər ediblər.

İsrail mətbuatı bunu xüsusilə vurğulayır ki, Benjamin Netanyahunun Bakıya səfəri Azərbaycan mediasında müsbət ruhda işıqlandırılır.

 ”


Bakıda Fələstinin səfirliyi var”

Siyasi icmalçı Zərdüşt Əlizadə xatırladıb ki, İran şah dövründə İsrailin ən yaxın müttəfiqi idi, o zaman Tehran və Ankara istisna olmaqla bütün ərəb və müsəlman dövlətləri Təl-Əvivi tanımırdı:

“İsrail ərəbləri əzəndə İran və Türkiyə bu dövlətin tərəfində olurdu. Bütün müsəlman dünyası isə onları lənətləyirdi. İran İslam inqilabından sonra isə vəziyyət dəyişdi. Yeni islam hakimiyyəti bütün müsəlman dünyasıyla həmrəy olduğunu və Fələstinin işğalını, İsrailin dövlət kimi tanımadığını bəyan etdi. Hətta islam radikalları Kemp-Devid sazişini imzalayan Misir prezidenti Ənvər Sadatı öldürəndən sonra terroru gerçəkləşdirən hərbçinin adını Tehranın əsas xiyabanlarından birinə qoydular. Amma Kem-Deviddən sonra ərəb ölkələri tədricən İsraili tanımağa başladılar. İndi də Səudiyyə Ərəbistanı İsraillə maliyyə, kəşfiyyat sahəsində Təl-Əvivlə əməkdaşlıq edir. Bütövlükdə İslam Ölkələri Konfransı İsraili dövlət kimi tanımırlar”.

Zərdüşt Əlizadə foto Meydan TV

Z.Əlizadə Azərbaycanın Fələstini dövlət kimi tanıdığını və Bakıda bu ölkənin səfirliyinin olduğunu söylədi:

“Çünki Fələstin BMT-nin qərarıyla yaranıb. Ancaq bununla yanaşı Azərbaycan yəhudi xalqının öz dövlətində yaşamaq hüququnu da tanıyır, bu isə Tehranın xoşuna gəlmir. İranın işğalçı Ermənistanla münasibətlərinin normal olması bizim də xoşumuza gəlmir. Düzdür, 90-cı illərin sonunda İslam Ölkələri Konfransında Ermənistanın təcavüzkar dövlət kimi tanınması təklifini Tehran irəli sürmüşdü, təklif də dəstəkləndi. Hətta müharibə zamanı İran Azərbaycana könüllülər də göndərmişdi, sadəcə, hökumətin başında naşı adamlar buna imkan vermədi, Tehran da getdi İrəvanla əlaqələri gücləndirdi”.



“Yəhudi lobbisi çox qüdrətlidir və bunlar rəsmi Bakıya yaxşı dəstək verir”

Şərhçi hesab edir ki, Azərbaycanın İsraillə qurduğu əlaqələr Fələstinin ziyanına deyil:

“300-400 milyon ərəb var, özləri Fələstini azad etsinlər, biz yalnız mənəvi-siyasi yardımı göstərə bilərik. Biz onların əvəzinə heç nə edə bilmərik. Azərbaycan İsraillə əməkdaşlıqda ona görə maraqlıdır ki, əvvəla, Təl-Əviv neftimizi alır, ikinci, bizə silah satır, üçüncü, bu ölkədə Azərbaycana dəstək verən böyük icma var. Nəhayət, Amerikada olan yəhudi lobbisi məhz İsrailin təsirilə Azərbaycanı müdafiə edir. Azərbaycan diasporası Amerikada fəaliyyətsizdir,  ümumiyyətlə, Diaspora Komitəsinin fəaliyyəti nəticəsində bütün diaspora təşkilatları yaşadıqları ölkələrdə sıfır vəziyyətdədir. Həm də azərbaycanlıların intriqaya, parçalanmaya meylli olması məlumdur, Diaspora Komitəsi də buna təkan verir. Amma yəhudi lobbisi çox qüdrətlidir və bunlar rəsmi Bakıya yaxşı dəstək verir. İsraillə əlaqələr ona görə vacibdir ki, iqtisadi-siyasi gücə malik belə bir dövlətlə dost oluruq. Tehranın mövqeyinə gəlincə, bu, İranın hakim quruluşunun ideoloji tərkibində ən mühüm halqadır. Onlar İran xalqına deməlidir ki, İsraili tanıyan dövlətləri pisləyirlər”.

Ana səhifəAnalitikaNetanyahu Bakıya gəlir, İran narazılıq edir