Neftçiləri belə yığışdırdılar


Artıq 19 stansiyada ticarət obyektləri yığışdırıldı Günün sonuna qədər “İnşaatçılar” və “Xalqlar Dostluğu”nda ticarət obyektləri söküləcək. Sahibkarlara əlavə yerlər təklif olunub və onlar 3 ay dövlət rüsumundan azad olunacaq.

Martın 17-də günü sonuna qədər Bakı Metropoliteninin bütün stansiyalarında ticarət obyektləri tamam yığışdırılacaq. Artıq saat 12-ə olan məlumata görə, metronun 21 stansiyasından 19-da artıq ticarət obyektləri yığışdırılıb. Bu məlumatı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov ANS PRESS-ə deyib.

Ə. Bağırov bildirib ki, bütün işlər paytaxt rəhbərliyinin xüsusi sərəncamı əsasında həyata keçirilir: “Yalnız “Xalqlar Dostluğu” və “İnşaatçılar” stansiyasında ticarət obyektləri qalıb, o da günün sonuna qədər söküləcək”.

Ə. Bağırovun sözlərinə görə, sahibkarlara “Amay”, “Yeni Günəşli” ticarət mərkəzlərində, “Keşlə”, “Yaşıl” və “Şərq” bazarlarında yerlər təklif olunur: “Onlar 3 ay ərzində dövlət rüsumundan azad olunacaq”.

Ana səhifəVideoNeftçiləri belə yığışdırdılar