NATO-nun büdcəsi artırıla bilər

Foto: NATO

Bu artımın blokun zəif üzvlərini dərin borclanmalara salacağı güman edilir

Dünyada silahlanma sürətlənir. Bu, qərb hökumətləri üçün böyük xərcə və bəzi sərt qərarların qəbul edilməsinə səbəb olacaq. 2023-cü ildə dünyada müdafiə xərcləri rekord həddə – 2,2 trilyon dollara çatıb. Odur ki, Avropa Birliyi ölkələri şərq sərhədlərindəki aqressiv Rusiya, qeyri-sabit Yaxın Şərq və Çin ordusunun genişlənməsini göz önünə alıb, 21-ci əsrin təhlükəsizliyinin nə tələb edəcəyini düşünməyə başlayıb. Siyasi liderlər NATO-nun alyans üzvlərinin ümumi daxili məhsullarının 2 faizini müdafiəyə ayırmağı hədəfləyir. Həmçinin təhlükəsizlik məsələlərinə diqqət yetirən rəsmilər deyiblər ki, alyansın planlarını yerinə yetirmək üçün 2 faizlik büdcə 4 faizə qalxa bilər.

“Bloomberg” yazır ki, əgər ABŞ və onun Yeddilik Qrupu müdafiə xərclərini deyilən həddə çatdırsa, bu, növbəti onillikdə 10 trilyon dollardan çox əlavə öhdəliklərə bərabər olacaq. Müdafiə xərclərinin artırılması NATO üzvlərinin əksəriyyəti üçün maliyyə pəncərəsi yaradacaq.

Mütəxəssislər düşünür ki, artan hərbi xərclər üçün alyansın illik ÜDM minimumunun 2%-ni qarşılamaq belə, Aİ-nin pandemiyadan sonrakı borc konsolidasiyasının çox hissəsini dayandıracaq.

Hərbi müdafiəyə ayrılmanın 4%-ə çatması isə blokun zəif üzvlərini dərin borclanmalara sala bilər. Bu, büdcənin digər hissələrində əhəmiyyətli ixtisarlar və ya vergi artımları kimi ağrılı seçimlərə məcbur edə bilər. Alyans 300 000-ə yaxın əsgəri daha yüksək hazırlıq vəziyyətinə gətirməyi hədəfləyir, üzvlər onun şərq cinahında hər biri 1000-ə yaxın əsgərdən ibarət səkkiz çoxmillətli döyüş qrupunu genişləndirərək 5500 briqada sayına çatdıra bilər.

Londonda yerləşən RUSI analitik mərkəzinin analitiki və NATO-nun keçmiş sözçüsü Oana Lungescu, “Təcili olaraq daha çox şeyə ehtiyac var” deyib.

Onun sözlərinə görə, alyans hava hücumundan müdafiə kimi uzun müddətdir mövcud olan boşluqları doldurmalı, silah və sursat ehtiyatlarını artırmalı və Rusiya üzərindəki üstünlüyünü qorumaq üçün yeni texnologiyalara investisiya qoymağa davam etməlidir. Rusiya ilə üçüncü il müharibəyə dözdüyü üçün Ukraynanın da davamlı dəstəyə ehtiyacı olacaq.

Ana səhifəDünyaNATO-nun büdcəsi artırıla bilər