Natiq Kərimov: Saxlanılan kənd sakini maldarlıqla məşğul olur

“Hələ də bilmirik ki, kənddən nə qədər adam, nəyə görə saxlanılıb və ya nə qədər adam nəyə görə buraxılıb”

Source:


“Hələ də bilmirik ki, kənddən nə qədər adam, nəyə görə saxlanılıb və ya nə qədər adam nəyə görə buraxılıb”

“Seyidəli Ağayevin polis tərəfindən saxlanması barədə mən də mətbuatdan bilirəm”, – bunu “Turan İA”-a Nardaran kənd ağsaqqalı Natiq Kərimov adı çəkilən şəxsin saxlanması məsələsini Turan-a şərh edərkən bildirib.

Kənd ağsaqqalı S.Ağayevin maldar olduğunu, qoyun-quzu saxladığını söyləyib.

O, kənd sakininin nə zaman saxlanması haqda dəqiq informasiyaya malik olmadığını deyib. “Kimin, nə vaxt, nəyə görə saxlanması ilə bağlı məlumatı hüquq-mühafizə orqanı özü rəsmi yayar ki, bilinsin məsələ nə yerddir, daha sakinlər mətbuatdan öyrənməli deyil ki, kimi tutublar, niyə tutublar”, – N.Kərimov bildirib.

N.Kərimov evlərdə axtarışlar, axtarışların nəticələri, saxlanmalar barədə hüquq- mühafizə orqanlarının protokol tərtib etməmələrinə diqqət çəkib.

“Biz kənd sakinləri olaraq hələ də bilmirik ki, kənddən nə qədər adam, nəyə görə saxlanılıb və ya nə qədər adam nəyə görə buraxılıb. İşlər tam hüquqi qaydada getmir ki, nə baş verdiyini biləsən”, – N.Kərimov mövqeyini bildirib.

Ana səhifəXəbərlərNatiq Kərimov: Saxlanılan kənd sakini maldarlıqla məşğul olur