
Mənbə: Foto: Meydan tv
Başlıq: Müsavat Partiyası
Müsavat Partiyasının qurultayı “Büllur” sarayda baş tutacaq
Partiyanın qurultayı oktyabrın 13-də keçiriləcək
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının “Büllur” şadlıq sarayında IX qurultayının keçirilməsi haqda müraciətinə cavab verib.
Bu barədə başqanlığa namizəd Arif Hacılı oktyabrın 9-da partiya qərargahında keçirilən debatda açıqlama verib. O bildirib ki, “Büllur” sarayı ilə qurultayın keçirilməsi barədə yaranan anlaşılmazlıq aradan qaldırılıb və qurultayın vaxtı oktyabrın 13-nə təyin olunub.
Oktyabrın 7-də Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə 12 oktyabrda keçirmək istədikləri IX qurultayına yer üçün müraciət etmişdi. İcra hakimiyyəti “Büllur” şadlıq sarayında tədbirin keçirilməsinə razılıq versə də, sonradan sarayın sahibi fikrini dəyişmişdi.
Müsavat Partiyasının başqanlığına 3 nəfər namizədliyini irəli sürüb. Hazırkı başqan Arif Hacılı, məclis üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqublu.
Müsavat Partiyası 1911-ci ildə Məmməd Əmin Rəsulzadə və milli demokratiya ideoloqları tərəfindən təsis edilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra partiya öncə gizli, sonradan siyasi mühacirətdə fəaliyyət göstərib.1992-ci ildə Azərbaycanda Müsavat Partiyasının fəaliyyəti bərpa edilib. Xalq Cəbhəsinin liderlərindən biri, parlamentin o zamankı spikeri İsa Qəmbər partiyanın sədri seçilib və 2014-cü ilə qədər ona rəhbərlik edib. Nizamnamədə sədrlik müddətləri üçün qoyulan məhdudiyyətlərə əsasən, İsa Qəmbər başqanlıq üçün namizədliyini irəli sürməyib. 2014-cü ildə keçirilən qurultayda Arif Hacılı partiyanın yeni sədri seçilib.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
BIZƏ DƏSTƏK OLUNƏn çox baxılan
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Mart 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Fevral 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Aprel 2019 -
"Bunun adı repressiyadır"
28 Fevral 2019