Xalq şairi İsmayıllıda dəfn olunacaq
Xalq şairi Musa Yaqub vəfat edib.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Meydan TV-yə bildirib ki, 84 yaşlı şair öz vəsiyyətinə uyğun olaraq, İsmayıllının Buynuz kənd qəbristnalığında, həyat yoldaşının məzarının yanında dəfn olunacaq.
Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllının Buynuz kəndində doğulub.
Şair uzun illərdir ki, parkinson xəstəliyindən əziyyət çəkirdi.