Murad Ədilov qardaşına görə həbs edildiyini deyib

“O Sabirabadda saxlanılarkən Bakıdan gələn dəstə tərəfindən 1 saata qədər döyülüb”

Source:


“O Sabirabadda saxlanılarkən  Bakıdan gələn dəstə tərəfindən 1 saata qədər döyülüb”

“Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilov həbsdə olan qardaşı, AXCP üzvü Murad Ədilovla telefonla danışıb.

Bu barədə Facebook səhifəsində yazan Natiq Ədilov qardaşının mənəvi-psixoloji vəziyyətinin yaxşı olduğunu, baş verənləri tam dərk etdiyini və olaylardan narahat olmadığını bildirib.

“Hələ qəzetlər ona çatmır, ona olan dəstəkdən tam hali deyil, bunu bilsə, yəqin gücü daha da artar. Onu müdafiə edən hər kəsə çoxlu salamı var. Muradın dediyinə görə o Sabirabadda saxlanarkən Bakıdan gələn dəstə tərəfindən 1 saata qədər döyülüb. Daha sonra rayon Polis Şöbəsinin (RPŞ) cinayət-axtarış bölməsinin rəisi Vüsal Şəbəndiyev Murada mənə görə həbs edildiyini deyib və etirafedici ifadə verməyə məcbur edib. Murad öldürülsə də, etmədiyi cinayətlə bağlı heç nə deməyəcəyini bildirib. Bundan sonra o, Şəbəndiyevin və rəis müavini Əlfağa Kazımovun iştirakı ilə döyülüb, işgəncələrə məruz qalıb” – deyə Natiq Ədilov bildirib.

Natiq Ədilov qardaşının mətanətiylə fəxr etdiyini deyir: “Qardaşımın mətanəti məni çox fərəhləndirir. Azərbaycan hökumətini təmsil edən insanlar xəcalət çəkməlidir ki, bu cür mətn insanları şərləmək, sındırmaq üçün nələri edir… Bədbəxtlər, bu cəmiyyətdə Murad kimi insanlar olmasa, başa düşmürsüz ki sonumuz hara gedir?”.

Ana səhifəXəbərlərMurad Ədilov qardaşına görə həbs edildiyini deyib