Mənbə: Meydan Tv

Müharibə iştirakçıları aksiya keçirib

Keçmiş döyüşçülər “müharibə veteranı” adı ala bilmədiklərini deyirlər

4 günlük Qarabağ müharibəsində könüllü iştirak edən bir qrup şəxs “müharibə veteranı” adı ala bilmədiyini deyir. Fevralın 22-də həmin şəxslər Bakıda İsmayıl bəy Qutqaşınlı küçəsindəki parkda etiraz aksiyası keçiriblər.

Etirazçılardan Əsəd Muradov “Turan”a bildirib ki, onlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırılmayıblar.

“Biz özümüz könüllü olaraq getmişik. Orada bizi hərbi hissəsinin tərkibinə veriblər. Döyüşlər gedən zaman Ağcabədidə saxlanılmışıq. Sonra Ağstafaya gətirdilər. Oradan isə Kəlbəcərə və nəhayət, Laçına apardılar. İndi deyirlər ki, biz döyüşlərdə olmamışıq, Kəlbəcər və Laçın sülh yolu ilə qaytarılıb. Bizim hərbi biletimizə müharibədə olmağımızla bağlı belə qeyd edilmir”, - o deyib.

Ə.Muradov deyib ki, Müdafiə Nazirliyində qəbulda olublar. Daha sonra isə nazirliyin Təlim Tədris Mərkəzində yerləşən Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyaya müraciət ediblər.

“Bizə dedilər, ola bilməz ki, hərbi biletinizə möhür vurulmasın, vurulmalıdır. Amma bugünkü gündə problemimiz həll edilmir. Son addım məhkəməyə müraciət etməyimiz olacaq”, - o qeyd edib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/k6u8d6

Ən çox baxılan