Müəllimlərin maaşı kimi, təhsilin səviyyəsi də aşağıdır

“Bu gün Azərbaycanda təhsilin aşağı səviyyədə olmasına səbəblərdən biri də, müəllimlərin əməyinə qiymətin verilməməsidir”

Source:


“Bu gün Azərbaycanda təhsilin aşağı səviyyədə olmasına səbəblərdən biri də, müəllimlərin əməyinə qiymətin verilməməsidir”

İqtisadçı-ekspert Rövşən Ağayev Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyevin müəllimlərin əməkhaqlarının artımına qarşı söylədiyi fikrə münasibət bildirib. Onun sözlərinə görə, bu yanaşma  qeyri-peşəkardır:

“Necə olur ki, dövlət məmurunun maaşını yüksəldib müəllimlərin məvacibi ilə arasındakı fərqi  6-7 dəfəyə çatdıranda inflyasiya olmur, amma ayda 130-150 manata çalışan müəllimin əməkhaqlarını artıranda, bu, baş verir? Hökumət pul kütləsinin iqtisadi dövriyyədə artması səbəbindən inflyasiyadan qorxursa, bu, çox bəsit yanaşmadır. Bu gün Azərbaycanda ona görə pul kütləsi büdcənin hesabına artır ki, hökümət, təmir-tikinti işlərinə həddindən artıq böyük vəsait xərcləyir”.

Millət vəkili Şəmsəddin Hacıyev mətbuata açıqlamasında müəllimlərin maaşlarının artımı məsələsində hökümətin tələsməməsini bildirib və qeyd edib ki, bu, reallaşarsa, inflyasiya qaçılmaz olacaq. Onun sözlərinə görə, bu prosess tədricən rallaşmalıdır. Rövşən Ağayev isə bildirir ki, tədricən çox mücərrəddir və bu, 20 ilə də reallaşa bilər:

“Respublikada təhsil xərcləri büdcənin 8-9 faizini təşkil edir. Azərbaycnda 160 minə yaxın orta məktəb müəllimi var. Onların da 75 faizinin maaşı 150 manat civarındadır ki, bu da çox aşağıdır. Müayisə üçün bildirim ki, bizimlə eyni vaxta Sovet İttifaqından ayrılan Estoniyada müəllimlərin orta aylıq maaşları Azərbaycandan 5 dəfə çoxdur”.

“Pul kütləsinin artmasını təhsildən kənarda axtarmaq lazımdır”,- deyən, ekspertin fikrincə, tədricən maaşaların artırılması üçün hökümətin ağıllı proqramı da yoxdur.

Ana səhifəXəbərlərMüəllimlərin maaşı kimi, təhsilin səviyyəsi də aşağıdır