Müdafiə Nazirliyi müharibədə həlak olanların yeni siyahısını yaydı

“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir”.

Foto: Müdafiə Nazirliyi


2908 nəfərin dəfn olunduğu, 6 nəfərin itkin düşdüyü bildirilir

Azərbaycan Müdafiə Nazirliyi II Qarabağ savaşında həlak olan hərbçilərin növbəti siyahısını

yayıb

.

Siyahıda oktyabrın 21-dək dəfn edilən 2908 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi əksini tapıb.

Nazirlik 6 nəfərin itkin düşdüyünü bildirib: "İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir".

Müdafiə Nazirliyi sonuncu dəfə iyunun 14-də bu barədə məlumat

yayıb

.

2020-ci ilin sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında 44 günlük mübaribə başlayıb.

Azərbaycan Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Xocavənd rayonunun bir həssiəsini geri qaytarıb.

10 noyabrda Rusiya, Azərbaycan və Ermənistan dövlət rəhbərləri tərəfindən imzalanan üçtərəfli bəyanatdan sonra Rusiya sülhməramlıları bölgəyə daxil olub, ardınca Ağdam, Kəlbəcər və Laçın rayonları boşaldılıb.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi müharibədə həlak olanların yeni siyahısını yaydı