Müdafiə Nazirliyi yeni siyahı yaydı

Siyahı iyun ayında ikinci dəfədir yenilənib.

Foto: Müdafiə Nazirliyi


10 nəfər itkin düşən şəxs sayılır

Azərbaycan Müdafiə Nazirliyi II Qarabağ savaşında həlak olan hərbçilərin növbəti siyahısını

yayıb.

Siyahıda iyunun 14-dək dəfn edilən 2904 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi əksini tapıb.

Nazirlik itkin hesab olunan 10 nəfər barəsində də eyni məlumatları da paylaşıb.

Bildirilib ki, itkin düşən hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Siyahı iyun ayında ikinci dəfədir yenilənib.

İyunun 2-də Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsində həlak olan və itkin düşən hərbi qulluqçuların yeni siyahısını

yaymışdı

.

Siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin həlak olmuş hərbi qulluqçularından iyunun 2-dək dəfn edilən 2900 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 14 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi əksini tapmışdı.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi yeni siyahı yaydı