Müdafiə Nazirliyi: Azərbaycan ordusu Laçın rayonuna girdi

Bildirilib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Source: Specify Source


Üçtərəfli bəyanatın şərtlərindən daha birinə əməl edildi

Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub.

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi

yayıb

.

Bildirilib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Həmin bəyanata görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Bundan əlavə, dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub. Noyabrın 25-də isə Kəlbəcər rayonu işğaldan azad edilib.

Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olub.

Laçın Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu, qərbdən isə Ermənistanla sərhəddir. Rayon mərkəzinin Bakı ilə məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Azərbaycan ordusu Laçın rayonuna girdi