Müdafiə Nazirliyi: “Azərbaycan əsgərlərinin üstünə qaya parçası düşüb” (yenilənib)

Əsgər. Mənbə: Shutterstock – Denis Andricic

Avqustun 5-i Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət alan əsgər Tahir Əliyevin də vəfat etdiyi bildirilir.

Bu barədə Müdafiə Nazirliyinin növbəti məlumatında qeyd olunub.

Müdafiə Nazirliyi hər iki hərbçiyə şəhid statusu verildiyini bildirib.


Bir əsgərin həlak olduğu, digərinin xəsarət aldığı bildirilir

Avqustun 5-i Laçın rayonunda Azərbaycan ordusunun 1 əsgəri ölüb, digəri isə ağır xəsarət alıb.

Bu barədə Müdafiə Nazirliyindən Meydan TV-yə məlumat verilib.

Nazirlik bildirib ki, çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası hərbi qulluqçuların – əsgər Samir Xudiyevin və Tahir Əliyevin üzərinə düşüb.

“Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri alan Tahir Əliyevin vəziyyəti ağır qiymətləndirilir”, – deyə açıqlamada qeyd olunub.

Samir Xudiyev. Foto: “Unikal”

Müdafiə Nazirliyi hadisə ilə bağlı cinayət işinin açıldığını bildirib.

Qurumdan bildiriblər ki, Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna şəhid statusu veriləcək.

Əslən Füzuli rayonundan olan 18 iyul 2003-cü il təvəllüdlü Samir Xudiyev Ramana qəsəbə sakinidir.

Digər əsgər, 11 fevral 2002-ci il təvəllüdlü Tahir Əliyevin isə Ağstafanın Xətai kənd sakini olduğu bildirilir.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi: “Azərbaycan əsgərlərinin üstünə qaya parçası düşüb” (yenilənib)