Molla Nəsrəddin haqqında cizgi filmi çəkiləcək

Onun haqqında məlumatlar müxtəlifdir.

Source: Specify Source

Filmin büdcəsi 500 milyon rubldur

Qazax əsilli rejissor Timur Bekmambetov Molla Nəsrəddin haqqında cizgi filmi çəkməyi planlaşdırır.

“Nəsrəddin Xoca” adlanacaq cizgi filminin nümayişi 2024-cü ilə planlaşdırılıb.

Filmin büdcəsi 500 milyon rubl təşkil edir.

Timur Bekmambetov daha öncə səhnələşdirdiyi ilk kukla tamaşası “Nəsrəddin Xoca”nı Rusiyanın Dövlət Millətlər Teatrında təqdim etmişdi.

Bəzi tarixi mənbələrdə Molla Nəsrəddin və ya Xoca Nəsrəddinin Anadolu Səlcuqlu Dövləti dövründə Xorto və Ağşəhər yaxınlığında yaşadığı qeyd edilib.

Onun haqqında məlumatlar müxtəlifdir.

Bəzi mənbələrdən onun 1208-ci ildə Əskişəhərdə doğulduğu qeyd edilir. Ağşəhərdə yaşayıb, Mahmud-i Heyraninin dərvişi olaraq mövləvilik, yəsəvilik və ya rifailik təriqətlərinə mənsub olub.

Ağşəhərdə mülki vəzifələrdə çalışıb. 1284-cü ildə Ağşəhərdə vəfat edib.

Nəsrəddin Xoca türbəsində dəfn edilib.

Nəsrəddin türk xalqları arasında müxtəlif adlarla məşhur olub.

Ana səhifəMədəniyyətMolla Nəsrəddin haqqında cizgi filmi çəkiləcək